Lənkəranda həmkəndlisinin evindən oğurluq etməkdə təqsirləndirilən Faiq Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması Lənkəran Rayon Məhkəməsinə göndərilib.
İş hakim Murad Aslanovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Lənkəran rayon Separadi kənd sakini, əvvəllər məhkum olunmuş Faiq Cəfərov həmkəndlisinin fərdi yaşayış evinə gecə saatlarında daxil olaraq oradan 900 manat dəyərində müxtəlif məişət əşyalarını oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə ititham irəli sürülüb.
Şəbnəm Mehdizadə
