"Azəri Med" QSC-yə cərimə yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2 -ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə protokol tərtib olunub.
İşə Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurnabovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Azəri Med" min beş yüz manat məbləğində cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Şəbnəm Mehdizadə
