"Arkoz Qazax Sement Zavodu" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Qazax Rayon Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Arkoz Qazax Sement Zavodu" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
