Məzmuna keç

“Kargo.az” 10 min manatadək cərimə oluna bilər

"Kargo.az" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, şirkət beş min manatdan on min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə