Bakıda əmisini bıçaqlamaqda təqsirləndirilən Şahin Teymurovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Əli Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində baş verib. 31 yaşlı Şahin Teymurov münaqişə zəminində əmisi, 59 yaşlı Rafiq Teymurovu bıçaqlayıb. Qarın nahiyəsindən bıçaq xəsarətləri alan R.Teymurov xəstəxanaya yerləşdirilib. Ş.Teymurova qarşıp Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
