"Oba Market" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, marketlər şəbəkəsi barədə İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması) maddəsi ilə inzibati protokol tərtibolunub.
Protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. İş hakim Sevinc Quliyevanın icraatına verilib.
Protokol təsdiq olunsa, "Oba Market" dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
