Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Anar Vahabovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
İş hakim Elnurə Rəcəbovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.Anar Vahabov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Sübhan Əliyevi vurub. Piyada hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ititham irəli sürülüb.
Şəbnəm Mehdizadə
