Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməktə təqsirləndirilən Ramin Kazımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
İş hakim Anar Rzayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 6-na təyin olunub.
Qeyd edək ki, hadisə martın 13-də paytaxtın Sabunçu rayonu, Kürdaxanı-Pirşağı avtomobil yolunda qeydə alınıb. Belə ki, Kazımov Ramin Xaqani oğlunun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə qarşı istiqamətdə hərəkətdə olan Rəhmanov Aqil Arif oğlunun idarə etdiyi "Ford" markalı yük avtomobili toqquşub. Nəticədə A.Rəhmanov almış olduğu xəsarətlərdən hadisə yerində ölüb. R.Kazımova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
