Məzmuna keç

“Baku Lüks Tikinti” şirkətinə cərimə protokolu yazıldı

"Baku Lüks Tikinti" şirkətinə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Baku Lüks Tikinti" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə