Məzmuna keç

“Atlas Medical Center” reklam qaydalarını pozmaqda günahlandırılır

"Atlas Medical Center" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Vüsal Qurbanovun icraatına verilib.

Protokol təsdiq olunarsa, "Atlas Medical Center" beş min manatdan on min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə