Məzmuna keç

Narkokuryerlikdə ittiham olunan qohumlar hakim qarşısına çıxarılır

Yardımlıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Emilxan Səmədov və Eldar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplnana cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim İslam Neymanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclaısnın vaxtı hələllik məlum deyil.

Qeyd edək ki, Eldar Bədəlov saxlanılan zaman Ona məxsus 2 ədəd sintetik torbadan ümumilikdə 14 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın tiryək və 2 kiloqram heroin və 112 ədəd güclü təsiredici xassəyə malik həblər aşkarlanaraq götürülüb. Araşdırmalarla həmin narkotik vasitənin İran vətəndaşı olan narkotacir vasitəsilə əldə edildiyi və satışının təşkil olunması üçün E.Bədəlov vasitəsilə Bakı şəhərinə çatdırılmalı olduğu müəyyən edilib. Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə onun narkotik vasitəni çatdırmalı olduğu şəxsin qohumu Emilxan Səmədov olduğu müəyyən edilərək saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə