Məzmuna keç

İcra məmurunun tələblərini yerinə yetirməyən şirkət məhkəməlik oldu

"Yüksəl metal tekstil və inşaat" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibaiti protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Yüksəl metal tekstil və inşaat” üç min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə