"Azərinşaatservis" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş hakim Mahirə Kərimovanın icraatına verilib.
Protokol təsdiq olunsa, "Azərinşaatservis" üç yüz manat məbləğində cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
