Məzmuna keç

Zəyəm Texnologiyalar Parkı cərimə oluna bilər

Zəyəm Texnologiyalar Parkı ASC-yə cərimə yazılıb.

E-huquq.az xəbər verir ki, ASC barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib. Hakim Şəfəq Məmmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələllik məlum deyil.

Protokol təsdiq olunarsa, Zəyəm Texnologiyalar Parkıinzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə