Məzmuna keç

“Buta İnvestment Group” cərimə oluna bilər

"Buta İnvestment Group" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məclləsinin 491.1-ci maddəsi (gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi) inzibati protokol tərtib olunub.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Buta İnvestment Group" inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclası iyulun 7-də keçiriləcək.

Şəbnəm Mehdizadə