Məzmuna keç

“Kredobank” iki şirkətə qarşı iddia qaldırdı

Ləğv prosesində olan "Kredobank" ASC iki şirkətə qarşı iddia qaldırıb.

E-huquq.az-ın məlumatına görə, bank "Binyapı Mimarlıq Mühendislik İnşaat" MMC və "Diplomat LTD" MMC-yə qarşı kredit müqaviləsi üzrə tələb irəli sürüb.

İşə Bakı Kommersiya Məhkəməsində hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.

Şəbnəm Mehdizadə