Məzmuna keç

Bakıda kişi keçmiş həyat yoldaşını bıçaqladı

Bakıda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.

E-huquq.az xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 1991-ci il təvəllüdlü Hümbətova Tünzalə Müsafəddin qızına onunla eyni ünvanda yaşayan keçmiş həyat yoldaşı 1983-cü il təvəllüdlü Hüseynov Alqayıt Məhərrəm oğlu tərəfindən bıçaqlanıb.

T.Hümbətova müalicə olunması üçün Sabunçu TM-nə yerləşdirilib.

Baş vermiş hadisə ilə bağlı Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş Niftalıyev Feyruz Fərhad oğlu saxlanılaraq Sabunçu RPİ-nin İŞ-nə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.