Xətai Rayon Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Zamin Camalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu barədə e-huquq.az-a Z.Camalovun vəkili Asim Mirzəzadə məlumat verib.
Onun sözlərinə görə, hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Z.Camalovun təqsiri sübuta yetirilmədiyindən məhkəmə ona bəraət verib.
Qeyd edək ki, Z.Camalov qarşı Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü.
Şəbnəm Mehdizadə
