"Mətanət-A" şirkətinə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, "Mətanət-A" inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
