Məzmuna keç

Azərbaycan sahillərində güclü zəlzələ baş verdi –

RSXM-nin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Mərkəzdən e-huquq.az-a bildirilib ki, zəlzələ Quba, Xaçmaz, Siyəzən, Sumqayıt və Bakı şəhərlərində, eləcə də Abşeron yarımadasının ətraf əraziərində 5-4 bala qədər hiss olunub.

***

00/37

Xəzər dənizindəbaş verən zəlzələnin maqnitudası 5,7 bal təşkil edib.

E-huquq.az bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Bildirilib ki, yeraltı təkanlar Bakı vaxtı il əsaat 00:01-də qeydə alınıb və Azərbaycanda hiss edilib.

***

00.28

Xəzər dənizində 5,4 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəz məlumat yayıb.

Yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib. Zəlzələ o cümlədən Bakı və Abşeron yarımadasında, eləcə də şimal bölgəsində hiss olunub.