Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham olunan Möhübbət Əsədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
İş hakim Anar Rzayevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələllik məlum deyil.
Qeyd edək ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. M.Əsədov idarə etdiyi "KİA Ceed" markalı avtomobillə yolu keçən 1950-ci il təvəllüdlü Bəhruz Ələsgərovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
