Sabirabadda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Rəşad Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq baça çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Cavid Səfərlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə rayonun Qalağayın kəndində qeydə alınıb. Belə ki, aralarında yaranmış mübahisə zamanı Rəşad Rüstəmov həyat yoldaşı, kənd sakini, 1994-cü il təvəllüdlü Rüstəmova Fərqanə Yaşar qızına bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəai üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
