Məzmuna keç

Masazırda bacanağını bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Abşeron rayonu Masazır qəsəbəsində qohumunu bıçaqlamaqda təqsirləndirilən Aslan Quluyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Əliağa Vahid küçəsində qeydə alınıb. Belə ki, Aslan Quluyev mübahisə zəminində bacanağı 1974-cü il təvəllüdlü Əmir Hüseynovu bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. A.Quluyevə qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə