Məzmuna keç

Piyadanın ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başlayır

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İlkin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nizami rayon məhkəməsinə göndərilib.

İş hakim Nigar Qədirlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Nizami rayonu, Heydər Əliyev prospektində baş verib. Belə ki, Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Məmmədov İlkin Natiq oğlu idarə etdiyi “Mersedes Vito” markalı avtomobillə Ağdam rayon sakini 1960-cı il təvəllüdlü Cəfərova Şəfiqə Şahmar qızını vurub. Piyada həmin avtomobilin sürücüsü tərəfindən Sabunçu Tibb Mərkəzinə aparılarkən yolda ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə