"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, ADY altı yüz manat məbləğində cərimə oluna bilər.
Şəbnəm Mehdizadə
