Məzmuna keç

Piyadanı maşınla vuraraq qaçan sürücü hakim qarşısına çıxarılır

Bakıda piyadanının ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Famil Səmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırılıq iclasının vaxtı hələllik məlum deyil.

Qeyd edək ki, hadisə aprelin 1-də Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini Famil Səmədov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Elyaz İsmayılov vurub. Nəticədə piyada hadisə yerində ölüb. Sürücü isə hadisə yerindən qaçıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Səmədov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə