Məzmuna keç

Tovuz Tibb Mərkəzi 8 min manatadək cərimə edilə bilər

Tovuz Tibb Mərkəzi publik hüquqi səxsinə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, Mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Tovuz Rayon Məhkəməsində hakim Zaur Hünmətovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, Tovuz Tibb Mərkəzi altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə oluna bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə