"Razenni" QSC-ə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, “Razenni” üç yüz əlli manatdan beş yüz manatadək Məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
