"Metak” MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, şirkət min beş yüz manat məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
