Gəncədə keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən Ruslan Şirinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndəriib.
Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Ruslan Şirinov keçmiş həyat yoldaşı, Gəncə şəhər sakini Züleyxa Şirinovanı bıçaqlayaraq öldürməkdə təqsirləndrilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
