Dövlət Gömrük Komitəsi "Collezione Italia" şirkətinə cərimə yazıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 505-ci (Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, "Collezione Italia" ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
