Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonaqları Türkiyədə salamlamaqdan məmnunluq duyduğunu bildirən Akarca səfərin iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini bildirib.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov isə “Bir millət, iki dövlət” şüarı ilə əməkdaşlıqdan məmnun olduğunu və Ali Məhkəmənin sədri təyin olunduqdan sonra ilk xarici səfərini Türkiyəyə etdiyini bildirib.
Görüş zamanı Ali Məhkəmənin strukturu, fəaliyyəti və həyata keçirilən islahatlar barədə müzakirə aparılıb.
Daha sonra nümayəndə heyətinə xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, ötən gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası Ali Məhkəməsinin nümayəndə heyətini qəbul edib.




Şəbnəm Mehdizadə
