Məzmuna keç

Baş çavuşun öldüyü qəza ilə bağlı məhkəmə başlayır

Tovuzda ölümlə nəticələnən ağır yol qəzası törətməkdə təqsirləndirilən Aqşin Rəşidovun cinayət işi üzrə ibtidai istintaq baş verib.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Bakı-Qazax magistralının Tovuzdan keçən hissəsində Rəşidov Aqşin Nəsib oğlunun idarə etdiyi “Mercedes-Benz E 270” markalı avtomobil Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional idarəsində baş çavuş rütbəsində sürücü vəzifəsində xidmət edən Elçin Yaqubəliyevin idarə etdiyi “Mitsubishi L-200” markalı maşına arxa hissədən çırpılıb. Nəticədə baş çavuşun idarə etdiyi xidməti avtomobil idarəetmədən çıxaraq aşıb. E.Yaqubəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. A.Rəşidova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə