“Ağstafa Aqrar Sənaye Kompleksi” MMC məhkəməyə verilib.
E-huquq.az-ın məlumatına görə, "Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatı şirkətə qarşı kredit müqaviləsi üzrə tələb irəli sürüb.
İddia Gəncə Kommersiya Məhkəməsində hakim Gülnaz Quliyevanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
