Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Qalib Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyulun 19-na təyin olunub.
Qeyd edək ki, hadisə paytaxtın Səbail rayonu, Salyan şossesində qeydə alınıb. Belə ki, Məzahir Nofəl oğlu Ələsgərov kuryer kimi işlədiyi moped ilə həmin küçədə yerləşən hotelin yaxınlığında parklanmış vəziyyətdə olan avtomobilə dəyib. Hadisə nəticəsində Məzahir Ələsgərov xəstəxanaya yerləşdirilsə də həyatını itirib. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Şəbnəm Mehdizadə
