Məzmuna keç

“Yeni Dünya” Mənzil-Tikinti Kooperativinə cərimə protokolu yazıldı

“Yeni Dünya” Mənzil-Tikinti Kooperativinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu(Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, MTK üç yüz manatdan beş yüz manatadək cərimə edilə bilər.

Şəbnəm Mehdizadə