Məzmuna keç

Ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılır

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Siyavuş Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Bakının Suraxanı rayonunda qeydə alınıb. İlham Qasımov idarə etdiyi avtomobillə yolu keçən 1965-ci il təvəllüdlü Abbasov Malik Əhməd oğlunu və onun həmyaşıdı – İbrahimov Qardaşxan Dəmir oğlunu vurub. İlham Qasımova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Şəbnəm Mehdizadə