Məzmuna keç

Mərkəzi Bank “Çinar Servis”ə cərimə yazdı

Mərkəzi Bank "Çinar Servis" İstehsalat Kommersiya Firmasına cərimə protokolu yazıb.

E-huquq.az-ın məlumatına görə, firma barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Sabunçu Rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə