“Tos Oil” MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokola Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, “Tos Oil” beş min manatdan on min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
