Məzmuna keç

Piyadanın ölümündə ittiham olunan sürücü hakim qarşısına çıxarılır

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Ramiz Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Hakim Anar Rzayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Zabrat dairəsi yaxınlığında qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Qasımov Ramiz Elşad oğlu etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən yolu piyada keçən piyada, 1966-cı il təvəllüdlü Abbasova Zeynəb Qəşəm qızını vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə