Məzmuna keç

İstixanadan oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Ağdaşda oğurluq etməkdə təqsirləndirilən Allahverdi Söyünalıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib.

Hakim Cavid Sultanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Allahverdi Söyünalıyev Zeynəddin kəndində yerləşən istixanadan ümumi dəyəri 1000 manatdan artıq olan qaynaq aparatı, təmir-tikinti alətləri, elektrik naqilləri və digər avadanlıqları oğurlanmaqda təqsirləndirilir. Araşdırma zamanı onun oğurladıqlarının bir hissəsini satdığı, qalanlarını isə yaşadığı ünvanda gizlətdiyi məlum olub. Tədbirlərin davam olaraq onun gizlətdiyi əşyalar da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. A.Söyünalıyevə qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə