"ADIS Azerbaijan" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) ilə inzibati protokol tərtib olunub.
İşə Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "ADIS Azerbaijan" beş yüz manat məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
