"PAŞA Bank" ASC "Nadiroğlu İnşaat" MMC-ni məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, bank Bakı Kommersiya Məhkəməsinə müraciət edərək şirkətə qarşı kredit müqaviləsi üzrə tələb irəli sürüb.
İşə Hakim Aytən Əliyevanın sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
