Məzmuna keç

Bakıda kitabxanadan oğurluq edən şəxs hakim qarşısına çıxarılır

Bakıda kitabxanadan oğurluq edən Xəyyam İsrafilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyulun 24-ə təyin olunub.

Qeyd edək ki, Bakı şəhər sakini Xəyyam İsrafilov Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən kitabxanaların birindən kompüter, printer və noutbuk oğurlamaqda təqsirləndirilir.

Şəbnəm Mehdizadə