Məzmuna keç

“Arkoz Qazax Sement Zavodu” barədə inzibati protokol tərtib olundu

"Arkoz Qazax Sement Zavodu" MMC barəsində inzibati prtokol tərtib olunub.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Qazax Rayon Məhkəməsində hakim Nemət Musayevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Arkoz Qazax Sement Zavodu " inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə