Məzmuna keç

Azərbaycan Standartlaşdırma İnstitutu dövlət idarəsini məhkəməyə verdi

“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi məhkəməyə verilib.

E-huquq.az-ın məlumatına görə, Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) publik hüquqi şəxsi idarəyə qarşı torpaq münasibətləri üzrə tələb irəli sürüb.

İddia Sumqayıt İnzibati Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Şəbnəm Mehdizadə