Məzmuna keç

Dələduzluq yolu ilə 50 000 dolları ələ keçirən qadının ibtidai istintaqı başa çatdı

Dələduzluq etməkdə təqsirləndirilən Günəş Qasımovanın cinayətə işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Fərid Namazovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırılıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Bakı şəhər sakini Günəş Qasımova zərərçəkənin ailə üzvlərinin birinə öngörücü olduğunu bildirərək, iddia etdiyi kimi qeyri-adi güc vasitəsilə onların üzləşdikləri bəzi problemlərin həllində köməkliklər göstəriləcəyi barədə vədlər verib və zərərçəkənlərin 50 000 ABŞ dolları və 15 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə