İranın İsfahan əyalətinin Fuladşəhr şəhərində polis əməkdaşını silahla qətlə yetirməkdə təqsirli bilinən iki nəfər edam edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fuladşəhr Məhkəməsinin sədri Məsud Mesudifer məlumat verib.
"18 noyabr 2021-ci il tarixində Lencan rayonunda başlayan silahlı qarşıdurmada leytenant İhsan Nasirini qətlə yetirən Kaidi Neseb və Muhammedi Beramın edam hökmü icra olundu", – deyə o bildirib.
Həmin şəxslər leytenant Nasiri öldürməktə ittiham olunaraq 27 mart 2022-ci ildə edam cəzasına məhkum edilib.
Şəbnəm Mehdizadə
