Türkiyənin Kocaeli şəhərində kimyəvi təmizlik məhsulları fabrikində partlayış baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gebze rayonunda yerləşən fabrikdə partlayış nəticəsində 2 nəfər yaralanıb.
Xəstəxanaya çatdırılan yaralılardan birinin vəziyyəti ağırdır.
Partlayışdan sonra başlayan yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.
Partlayışın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
