Göygöldə qaçırdığı avtomobili yandırmaqda təqsirləndirilən Qüdrət Salahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib.
İş hakim Qələmdar Abbasovun icraatına veriilib. Məhkəmənin hazırlıq iclası iyulun 25-də keçiriləcək.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş Kəlbəcər rayon sakini Qüdrət Salahov rayon ərazisindən "UAZ" markalı yük avtomobili qaçırılmaqda təqsirləndirilir. Məlumata görə, qaçırılan avtomobil rayonun Çaylı kəndi ərazisində yandırılmış vəziyyətdə tapılıb. Dindirilmə zamanı Q. Salahov cinayət əməlini sərxoş halda törətməsini və peşman olduğunu bildirib. Ona qarşı Cinayət Məcəlləsinin 185.2.4-cü (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla) maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
